İlkin konsultasiya və ehtiyac analizi
360°kompleks yanaşma
6mərhələli tətbiq
4audit istiqaməti
1vahid idarəetmə modeli
Niyə Mr.Sea Consulting?

Biznes proseslərini proqramın məntiqinə deyil, biznesin məqsədinə uyğun qururuq.

Maliyyə,Mühasibatlıq,Vergi,İdarəetmə məqsədləri üçün ERP layihələrinin çoxu texniki quraşdırma ilə məhdudlaşdığı üçün gözlənilən nəticəni vermir. Biz əvvəlcə prosesləri, məsuliyyətləri, nəzarət nöqtələrini, bütün məqsədlər üçün uçot siyasətlərini və hesabat ehtiyaclarını layihələndirir, daha sonra uyğun texnologiyanı tətbiq edirik.

Dərin diaqnostikaProblemin əlamətini deyil, səbəbini tapırıq.
Vahid modelMaliyyə, HR və əməliyyatları birləşdiririk.
Ölçülə bilən nəticəLayihə nəticələrini KPI ilə izləyirik.
Xidmətlərimiz

Mühasibat, vergi və Mr.Sea proqram tətbiqini bir yerdə həll edirik

Biz sadəcə məsləhət vermirik — uçotu qurur, hesabatı təqdim edir, riskləri bağlayır, sənədləri qaydaya salır və şirkətin idarəetməsini sistemə keçiririk.

Uçot, vergi, HR və hesabat bir komandada
Problem aşkar olunur, həll planı verilir
Birbaşa əlaqə, davamlı dəstək və nəticə nəzarəti
01
Uçot tam nəzarətdə

Mühasibat uçotunu sıfırdan qurur, gündəlik əməliyyatları, alış-satış, bank-kassa, debitor-kreditor, anbar, əsas vəsait və maya dəyəri uçotunu sistemli aparırıq.

  • Sıfırdan uçot sistemi və hesablar planı
  • Gündəlik əməliyyatlar və aylıq bağlanış
  • Anbar, istehsal, maya dəyəri və filial uçotu
02
Hesabatlar vaxtında

Vergi rejiminizi düzgün müəyyənləşdirir, ƏDV, mənfəət, gəlir, sadələşdirilmiş vergi və vahid bəyannamə üzrə hesabatları vaxtında hazırlayıb təqdim edirik.

  • Vergi bəyannamələrinin hazırlanması
  • Şəxsi hesab vərəqəsi və vergi borclarının təhlili
  • Artıq ödəmələrin və öhdəliklərin izlənməsi
03
Risk əvvəlcədən görünür

Müqavilələri, əməliyyatları və şirkət-təsisçi münasibətlərini vergi baxımından analiz edir, qanuni optimallaşdırma və risk xəritəsi hazırlayırıq.

  • Vergi risklərinin ilkin diaqnostikası
  • ƏDV, güzəşt və azadolmalar üzrə məsləhət
  • İllik vergi riskləri hesabatı
04
Məktublar cavabsız qalmır

Vergi orqanından gələn məktub, kameral bildiriş və sənəd tələblərinə peşəkar cavab hazırlayır, yoxlamalar zamanı sizi müşayiət edirik.

  • Kameral uyğunsuzluqların araşdırılması
  • İzahat və cavab məktublarının hazırlanması
  • Yoxlama nəticələrinin təhlili və etiraz sənədləri
05
Sənəd axını səliqəli

Elektron qaimə, akt, hesab-faktura, təhvil-təslim sənədləri və sənəd arxivini düzgün qurur, itmiş sənədləri müəyyənləşdiririk.

  • E-qaimə və aktların hazırlanması
  • Alış-satış sənədlərinin yoxlanılması
  • Elektron sənəd arxivinin sistemləşdirilməsi
06
HR və maaş sistemi hazır

İşə qəbuldan işdən çıxarılmaya qədər kadr sənədləri, əməkhaqqı, məzuniyyət, ezamiyyə, xəstəlik vərəqəsi və tabel uçotunu aparırıq.

  • Əmək müqavilələri və əmrlər
  • Əməkhaqqı, məzuniyyət və son haqq-hesab
  • Ştat cədvəli, şəxsi iş və vəzifə təlimatları
07
Sosial öhdəliklər nəzarətdə

Sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və vahid hesabat üzrə hesablamaları yoxlayır, uyğunsuzluqları aradan qaldırırıq.

  • Sosial ödənişlərin hesablanması
  • Vahid hesabatın hazırlanması
  • Sosial sığorta borclarının üzləşdirilməsi
08
Rəhbərlik rəqəmləri görür

Rəhbərlik üçün balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti, debitor-kreditor, satış, xərc və rentabellik hesabatları hazırlayırıq.

  • Aylıq maliyyə hesabat paketi
  • Büdcə-fakt və rentabellik analitikası
  • Filial, layihə və anbar hesabatları
09
Qərarlar rəqəmlə verilir

Biznes sahibinə pul axını, büdcə, ödəniş təqvimi, xərc mərkəzləri, qiymətqoyma və investisiya qərarları üzrə maliyyə idarəetməsi qururuq.

  • Cash-flow və ödəniş təqvimi
  • Maliyyə modeli və büdcə nəzarəti
  • Autsorsinq maliyyə direktoru xidməti
10
Problem gizli qalmır

Uçot bazasını, ilkin sənədləri, vergi bəyannamələrini, əməkhaqqını, anbarı və riskli əməliyyatları yoxlayır, düzəliş planı təqdim edirik.

  • Mühasibat və vergi diaqnostikası
  • Riskli əməliyyatların müəyyənləşdirilməsi
  • Nöqsanların aradan qaldırılması planı
11
Baza yenidən qaydaya düşür

Qarışıq və yarımçıq uçotu bərpa edir, buraxılmış ayları işləyir, bank çıxarışlarını, alış-satış sənədlərini və başlanğıc qalıqlarını formalaşdırırıq.

  • Geriyə dönük uçotun aparılması
  • Debitor-kreditor və anbar qalıqlarının bərpası
  • Dəqiqləşdirilmiş hesabatların hazırlanması
12
Biznes düzgün başlayır

MMC, VÖEN, bank hesabı, ASAN imza, vergi rejimi, ƏDV qeydiyyatı, obyekt uçotu və fəaliyyətə başlama mərhələlərində dəstək veririk.

  • Şirkət və fərdi sahibkar qeydiyyatı
  • Vergi rejiminin seçilməsi
  • Bank hesabı, imza və obyekt uçotu üzrə dəstək
13
Proseslər rəqəmsallaşır

Mühasibatlıq, satış, satınalma, anbar, HR, maliyyə və sənəd dövriyyəsi proseslərini Mr.Sea proqramı üzərində qurur və tətbiq edirik.

  • Məlumat miqrasiyası və ilkin qalıqlar
  • Rol, səlahiyyət və təsdiq axınları
  • Dashboard, hesabat və istifadəçi təlimi
14
Şirkət sistemlə idarə olunur

Mövcud iş axınını xəritələndirir, satış, satınalma, anbar, ödəniş təsdiqi, büdcə nəzarəti və rəhbərlik dashboardlarını avtomatlaşdırırıq.

  • Proses xəritəsi və texniki tapşırıq
  • Elektron sənəd dövriyyəsi və təsdiqlər
  • ERP məlumatlarının auditə hazırlanması
15
Statistika gecikmir

Müəssisəniz üçün tələb olunan aylıq, rüblük və illik statistika hesabatlarını müəyyənləşdirir, hazırlayır və elektron təqdimatını təmin edirik.

  • Əmək, maliyyə, istehsal və satış statistikası
  • Statistik göstəricilərin uçotla üzləşdirilməsi
  • Sorğuların cavablandırılması
16
Gömrük və uçot uyğunlaşır

İdxal və ixrac əməliyyatlarının uçotu, gömrük dəyəri, ƏDV, rüsumlar, valyuta əməliyyatları və xarici təchizatçılarla hesablaşmaları nəzarətə alırıq.

  • Gömrük sənədlərinin uçotla üzləşdirilməsi
  • İdxal mallarının maya dəyəri
  • Valyuta və məzənnə fərqlərinin uçotu

Hansı xidmətdən başlamağı bilmirsiniz?

Bizə yazın, mövcud vəziyyətinizi qısa analiz edib sizə uyğun vergi, mühasibatlıq və proqram tətbiqi istiqamətini seçək.

Həmin dəqiqə əlaqə saxla
Diaqnostik audit

Qərar verməzdən əvvəl mövcud vəziyyəti dəqiq görmək lazımdır.

Audit nəticəsində rəhbərlik üçün risk xəritəsi, prioritetlər, hədəf proses modeli və tətbiq yol xəritəsi hazırlanır.

Audit sifariş et

Maliyyə,mühasibatlıq və vergi məqsədləri üçün audit

Uçotun bütövlüyü, ilkin sənədlər, hesablaşmalar və hesabatların etibarlılığı.

HR auditi

Əmək münasibətləri, kadr sənədləri, şəxsi işlər və daxili prosedurlar.

Proses auditi

Əməliyyatların icra ardıcıllığı, nəzarət nöqtələri və məsuliyyət bölgüsü.

Sistem auditi

İcazələr, məlumat keyfiyyəti, inteqrasiyalar, ehtiyat nüsxə və audit izi.

İş metodologiyası

İdeyadan stabil işləyən sistemə qədər

Hər mərhələnin konkret nəticəsi, məsul şəxsi və qəbul meyarı müəyyən edilir.

01

İlkin görüş

Biznes modeli, əsas problemlər və layihə gözləntiləri müəyyən edilir.

02

Diaqnostik audit

Sənədlər, proqramlar, məlumat axını, risklər və istifadəçi rolları yoxlanılır.

03

Hədəf model

Gələcək proseslər, sistem arxitekturası və ölçülə bilən nəticələr layihələndirilir.

04

Tətbiq

Proqram konfiqurasiya edilir, məlumatlar miqrasiya olunur və inteqrasiyalar qurulur.

05

Test və təlim

Real ssenarilər üzrə qəbul testləri aparılır və istifadəçilər hazırlanır.

06

Canlı keçid və dəstək

Sistem işə salınır, nəticələr izlənir və davamlı optimizasiya edilir.

Nümunə layihələr

Fərqli sahələr üçün ölçülə bilən transformasiya

Hər layihə şirkətin ölçüsünə, sahəsinə və idarəetmə ehtiyacına uyğun hazırlanır.

Mandarin MMC

Pərakəndə satış şəbəkəsi

Anbar, satış, kassa və maliyyə uçotunun vahid məlumat modelində birləşdirilməsi.

  • Təkrarlanan əməliyyatların azalması
  • Filiallar üzrə operativ hesabat
  • Mərkəzləşdirilmiş nəzarət
Nizam Şirkəti

İstehsal müəssisəsi

Xammaldan hazır məhsula qədər maya dəyəri və istehsal hərəkətlərinin avtomatlaşdırılması.

  • Reseptura və istehsal norması
  • Faktiki maya dəyəri
  • İtki və fərqlərin nəzarəti
Mr.Sea Qida Sənayesi Fabriki

Qida sənayesi istehsalı

İstehsal, anbar, maya dəyəri, satış və maliyyə nəzarətinin vahid sistemdə idarə edilməsi.

  • İstehsal norması və reseptura
  • Anbar və partiya nəzarəti
  • Maya dəyəri və satış analitikası
Amina&Partner LLC

Xidmət şirkəti

Layihə, əməkdaş və xərc mərkəzi üzrə mənfəətlilik hesabatlarının qurulması.

  • Layihə rentabelliyi
  • Resurs yüklənməsi
  • Pul axını proqnozu
Fiziki şəxslər

Fiziki şəxslərin vergi uçotu

Çoxlu sayda fiziki şəxsin vergi uçotu, öhdəlik təqvimi və bəyannamə təqdimatının sistemli aparılması.

  • Vergi qeydiyyatı və şəxsi kabinet nəzarəti
  • Bəyannamələrin hazırlanması və təqdimatı
  • Vergi öhdəliklərinin izlənməsi
Mandarin MMC

Pərakəndə satış şəbəkəsi

Anbar, satış, kassa və maliyyə uçotunun vahid məlumat modelində birləşdirilməsi.

  • Təkrarlanan əməliyyatların azalması
  • Filiallar üzrə operativ hesabat
  • Mərkəzləşdirilmiş nəzarət
Nizam Şirkəti

İstehsal müəssisəsi

Xammaldan hazır məhsula qədər maya dəyəri və istehsal hərəkətlərinin avtomatlaşdırılması.

  • Reseptura və istehsal norması
  • Faktiki maya dəyəri
  • İtki və fərqlərin nəzarəti
Mr.Sea Qida Sənayesi Fabriki

Qida sənayesi istehsalı

İstehsal, anbar, maya dəyəri, satış və maliyyə nəzarətinin vahid sistemdə idarə edilməsi.

  • İstehsal norması və reseptura
  • Anbar və partiya nəzarəti
  • Maya dəyəri və satış analitikası
Amina&Partner LLC

Xidmət şirkəti

Layihə, əməkdaş və xərc mərkəzi üzrə mənfəətlilik hesabatlarının qurulması.

  • Layihə rentabelliyi
  • Resurs yüklənməsi
  • Pul axını proqnozu
Fiziki şəxslər

Fiziki şəxslərin vergi uçotu

Çoxlu sayda fiziki şəxsin vergi uçotu, öhdəlik təqvimi və bəyannamə təqdimatının sistemli aparılması.

  • Vergi qeydiyyatı və şəxsi kabinet nəzarəti
  • Bəyannamələrin hazırlanması və təqdimatı
  • Vergi öhdəliklərinin izlənməsi
Mandarin MMC
Nizam Şirkəti
Mr.Sea Qida Sənayesi Fabriki
Amina&Partner LLC
Fiziki şəxslərin vergi uçotu
Mandarin MMC
Nizam Şirkəti
Mr.Sea Qida Sənayesi Fabriki
Amina&Partner LLC
Fiziki şəxslərin vergi uçotu
Fəaliyyət sahələri

Fərqli biznes modelləri, eyni idarəetmə prinsipləri

Həllər müəssisənin real əməliyyat modelinə uyğunlaşdırılır.

İstehsalPərakəndə satışTopdansatışLogistikaRestoran,Hotel,SPA xidmətləriKənd təsərrüfatıTikintiFilial şəbəkələrinin idarə olunmaslıMobil həllərKOB və startaplarHoldinqlər
Ekspert baxışı

Biznes, maliyyə və HR üzrə faydalı materiallar

Bizimlə qalın!

ERP

ERP tətbiqində ən çox edilən 7 səhv

Proqram seçiminin deyil, proses dizaynının niyə əsas məsələ olduğunu izah edirik.

Məsləhət al
HR Audit

HR auditinə hazırlıq üçün yoxlama siyahısı

Kadr sənədlərinin və əmək münasibətlərinin ilkin özünüqiymətləndirmə çərçivəsi.

Məsləhət al
Maliyyə

Rəhbərlik hesabatı necə qurulmalıdır?

Maliyyə məlumatını qərarvermə alətinə çevirən əsas göstəricilər.

Məsləhət al
FAQ

Tez-tez verilən suallar

Layihənin başlanması, audit, məlumat miqrasiyası və dəstək barədə əsas suallar.

İlk mərhələdə ödənişsiz tanışlıq görüşü keçirilir. Sonra məlumatlar və proseslər üzrə diaqnostik audit planı hazırlanır.

Xeyr. Əvvəlcə mövcud sistemin imkanları və çatışmazlıqları qiymətləndirilir. Bəzən düzgün konfiqurasiya və proses dəyişikliyi kifayət edir.

Məlumatlar əvvəlcə təmizlənir, uyğunlaşdırılır, test bazasına köçürülür və yoxlamadan sonra canlı sistemə ötürülür.

Əmək müqavilələri, şəxsi işlər, ştat və struktur, vəzifə təlimatları, davamiyyət, məzuniyyət, əmək haqqı və daxili prosedurlar yoxlanılır.

Bəli. Canlı istifadəyə keçiddən sonra istifadəçi dəstəyi, düzəlişlər, yeni hesabatlar və proses optimizasiyası təqdim olunur.
Əlaqə

Biznesiniz üçün doğru transformasiya planını birlikdə hazırlayaq.

Formanı doldurun. İlkin görüşdə mövcud vəziyyəti, əsas çətinlikləri və uyğun layihə formatını müzakirə edək.

WhatsApp ilə yazın
Məlumatlarınız yalnız müraciətinizə cavab vermək üçün istifadə olunur.